Təkliflər səsləndirilib, əməkdaşlıq ediləcək sahələr müzakirə olunub
Sosial Xidmətlər Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) arasında gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə görüş keçirilib.
Bu barədə İnsider.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Görüşdə müharibədən zərər çəkən şəxslərin psixo-sosial dəstək tədbirləri ilə əhatə olunması istiqamətində hər iki qurumun gördüyü işlərdən bəhs olunub.
Bu sahədə əməkdaşlığın təşkili, sosial işçi və psixoloqların yerlərdə ehtiyaclara uyğun əlaqəli işinin qurulması, ümumilikdə Agentliyin və TƏBİB-in yerli qurumları arasında birgə fəaliyyətin təşkili və s. ilə bağlı fikir mübadiləsi aparılıb.
Təkliflər səsləndirilib, əməkdaşlıq ediləcək sahələr müzakirə olunub.