Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.
İnsider.az xəbər verir ki, spiker Sahibə Qafarova Baş nazir Əli Əsədovun koronavirusla bağlı iyunun 4-də əhaliyə müraciət etdiyini xatırladıb.
Milli Məclis sədri parlament Aparatının əməkdaşlarına, deputatlara çağırış edib:
“Deputatlar, Milli Məclis Aparatının əməkdaşları gigiyena qaydalarına, Nazirlər Kabineti yanında operativ qərargahın xəbərdarlıq və tövsiyələrinə əməl etsinlər”.