“Spotify” musiqi servisi 100 milyon premium-abunəçi barədə hesabat verdi.
İnsider.az-ın məlumatına görə, bu barədə şirkətin 2019-cu ilin ilk rüb üzrə hesabatında deyilir.
2018-ci ilin mayında “Spotify”-ın rəqibi “Apple Music” servisi 550 milyon ödənişli abunələr barədə hesabat vermişdi. 2019-cu ilin əvvəlində “The Wall Street Journal” eyni məlumatları xatırladırdı. Bununla yanaşı, “WSJ” mənbələrinin məlumatına görə, “Apple Music” bütün dünyada, əsasən də ABŞ-da “Spotify”-dan tez böyüyür: ödənişli abunələrin aylıq artımı “Spotify”-ın 1,5%-2% ilə müqaisədə 2,6%-3% edir.
Məlumatlara əsasən, 2017-ci ilin ilk rübündəki 173 milyona qarşı “Spotify”-ın mart ayında 217 milyon aktiv istifadəçisi olub. Analitiklər 218,6 milyon istifadəçi göstəricisi gözləyirdilər.
Mənfəət ilbəil 33%, 1,51 milyard avroya qədər artıb. Bununla yanaşı, premium abunələrdən olan mənfəət şirkətin əsas gəlir hissəsini təşkil edir – reklamdan olan 126 milyon avroya qarşı təxminən 1,4 milyard avro.
Ödənişli abunələrin 40%-i Avropaya, 30% isə ikinci yerdə olan Şimali Amerikanın payına düşüb.
Lakin şirkət itki verir. “Spotify” 142 milyon avro məbləğində və ya səhm üzrə 0,79 avro (AZN) zərər barədə hesabat verib. Analitiklər zərərin səhm üzrə 0,39 avro (AZN) olacağını gözləyirdilər.
Şirkətdə zərəri əməliyyat xərclərinin artımı ilə izah ediblər. Səhmlərin bahalaşmasına görə “Spotify” əmək haqqları, həmçinin səhmlər əsasında digər təzminatların ödənişinə xərcləri artırıb.
Samirə Məmmədova