sri-lanka-hokumeti-terakt-tehlukesi-barede-agah-olub

Şri-Lanka höküməti terakt təhlükəsi barədə agah olub

Hindistan və ABŞ xüsusi xidmət orqanları Şri-Lanka hakimiyyətini bir neçə dəfə mümkün teraktlar barədə xəbərdar etmişdi. İnsider.az CNN”-ə istinadla aprelin 23-ü bu barədə xəbər verir.

Şri-Lanka hökümətinin nümayəndəsi Racita Senaratnenin sözlərinə görə, aprelin 4-ü xarici xüsusi xidmət orqanları terroristlərin xristian kilsələrinə və turistik yerlərə potensial hücumu barədə məmurlara məlumat veriblər.

Beş gün sonra isə, aprelin 9-u, ölkənin Müdafiə Nazirliyi baş polis inspektorunu hazırlanan qəsd və onun təxmin edilən təçkilatçısı – “Nations Thawahid Jaman” (NTJ) radikal terrorist qruplaşması – barədə məlumatlandırıb.

Bundan başqa, qeydlərdə həmçinin mümkün hücumlarla bağlı olan şübhəli siyahısı mövcud olub.

Telekanalın qeyd etdiyi kimi, aprelin 11-i baş polis inspektorunun müavini Priyalal Dissanayakenin imzaladığı daha bir məktub bir sıra təhlükəsizlik xidmətləri və bəzi hökümət nazirliklərinin arasında geniş yayılmışdı.

“CNN”-in surətilə tanış olmağa nail olduğu məktubda təhlükə və təkrarən şübhəli siyahısı barədə məlumat verilibmiş.

Senaratne vurğulayıb ki, xarici xüsusi xidmət orqanları hücuma bir neçə gün və saat qalmış xəbərdarlıqlarını təkrar ediblər. Xəbərdarlıqlardan biri isə ilk partlayışa on dəqiqə qalmış gəlib.

Şri-Lankanın iqtisadi islahatlar naziri Harşa de Silva bildirdi ki, hökümət “xaricdən nəsə dəhşətli hadisənin baş verəcəyi barədə məlumat almışdı”, lakin baş nazir Ranil Vikramasinqxeni bu cür xəbərdarlıq barədə “xəbərsiz saxlayırdılar”. Onun sözlərinə görə, baş vermiş teraktlar “xüsusi xidmət orqanları apparatının iflasının” deyil, xəbərdarlığa “adekvat reaksiya vermək qabiliyyətsizliyin” nəticəsidir.

Xatırladaq ki, aprelin 21-i Şri-Lankada səkkiz partlayış nəticəsində 290 nəfər həlak olub, 500-ə yaxın insan isə ağır xəsarətlər alıb. Aprelin 23-ü gecə yarsından etibarən ölkə ərazisində fövqəladə vəziyyət elan olunub.

Samirə Məmmədova