Şri-Lanka Prezidenti Qotabaya Racapaksa Baş nazir Ranil Vikramasinkhi dövlət başçısının səlahiyyətlərinin icraçısı olaraq təyin edib.
Bu barədə Şri-Lanka parlamentinin sədri Maxinda Yapa Aberivvardena məlumat verib.
Xatırladaq ki, Prezident Qotabaya Racapaksa ölkəsini tərk edib. Onun "An-32" təyyarəsi ilə ailəsi ilə birgə Maldiv adalarına yola düşdüyü bildirilib.
Qeyd edək ki, ötən gün Şri-Lanka Prezidenti Qotabaya Racapaksa istefa sənədini imzalayıb.
Report