standard-insurance-in-daha-4-emlaki-satisa-cixarilir

“Standard Insurance”ın daha 4 əmlakı satışa çıxarılır

Martın 5-də ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin əmlaklarının satışı ilə bağlı növbəti hərrac keçiriləcək.

Bu barədə Ləğvetmə Komisiyasından bildirilib.

Məlumata görə, “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin təşkilatçılığı ilə keçiriləcək hərraca aşağıdakı avtomobillər çıxarılacaq

“Standard Insurance”in əmlaklarının satışı ölkə qanunvericiliyinə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq yolla davam etdiriləcək və ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sığorta şirkətinin lisenziyasını bu il mayın 19-da ləğv edib.

Report