standard-insurance-in-resm-eserleri-tekrar-herraca-cixarilib

“Standard Insurance”ın rəsm əsərləri təkrar hərraca çıxarılıb

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rəsm əsərləri ilkin satış qiyməti olan 1 500 manatdan 10 % aşağı olmaqla, yəni 1 350 manata təkrar (II) açıq hərraca çıxarılıb. Təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 21 sentyabr 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Təkrar hərracda iştirak üçün hər bir rəsm əsəri üzrə 67,50 manat məbləğində behi, hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək ödənilməlidir.

Hərrac predmetlərinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

S/S

Barcode

Əsas vəsaitlər

Ölçü

Hərrac dəyəri

Təkrar Hərrac dəyəri

Behin məbləği

1

1800

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-1

1500

1350

67.50

2

1801

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-2

1500

1350

67.50

3

1802

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-3

1500

1350

67.50

4

1805

Şəkil "Köhnə Bakı"

Şübhan Məmmədov

80x140

1500

1350

67.50

5

1817

Şəkil "Mənim Bakı"

Sübhan Məmmədov

60x100.5

1500

1350

67.50

 

 

 

 

 

 

 

 

 

 

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:

https://e-herrac.com/advertisement/dasinar-emlak/diger/tekrar-herracin-kecirilmesine-dair-elan-1

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.