Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan “Standard Insurance”-a yeni sədr təyin olunub.
Səhmdarların qərarına əsasən şirkətin İdarə Heyətinin sədri vəzifəsinə Kamran Babayev təyin edilib.
Kamran Babayev 9 may 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində hüquqşünaslıq, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarəedilməsi üzrə bakalavr təhsili alıb. 2005-2006-ci illərdə o, Londonun "Chartered Insurance" İnstitutunda sığorta üzrə təhsilini davam etdirib.
Kamran Babayev 2008-2012-ci illərdə "Beynəlxalq Sığorta Şirkəti"ndə Daxili Audit Departamentinin direktoru, 2012-2016-cı illərdə "Buta Sığorta"nın İdarə Heyətinin üzvü, 2017-ci ildən hazırkı təyinatına qədər “Azərbaycan Sənaye Sığorta” Şirkətinin İdarə Heyətinin sədri vəzifələrini icra edib.
Xatırladaq ki, “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. “Standard Insurance” 4 növ icbari və 24 növ könüllü sığorta xidməti təklif edir.