sulhseverliyin-qlobal-indeksi-bes-ile-ilk-defe-artib

“Sülhsevərliyin qlobal indeksi” beş ilə ilk dəfə artıb

“Sülhsevərliyin qlobal indeksi” beş ilə ilk dəfədir ki, artıb. İnsider.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun araşdırmasında deyilir (.pdf).

Ən sülhsevər ölkələrin ilk beşliyinə daxil olublar:

•    İslandiya (göstəricilərini qoruyub)
•    Yeni Zelandiya (göstəricilərini qoruyub)
•    Portuqaliya (iki pillə qalxıb)
•    Avstriya (bir pillə düşüb)
•    Danimarka (bir pillə düşüb).

Sonuncu yerlərdə isə:

•    159. İraq (bir pillə qalxıb)
•    160. Yəmən (iki pillə düşüb)
•    161. Cənubi Sudan (göstəricilərini qoruyub)
•    162. Suriya (bir pillə qalxıb)
•    163. Əfqanıstan (bir pillə düşüb).

Qeyd edək ki, indeks həm kəmiyyət, kəm keyfiyyət olaraq, 23 göstərici əsasında hesablanır. Onlar üç iri qrupda birləşib: daxili və beynəlxalq münaqişələr, cəmiyyətdəki təhlükəsizlik və stabillik halı və militarizasiya.

Samirə Məmmədova