sumqayit-kimya-senaye-parkina-elave-400-mln-manatdan-cox-investisiya-yatirilacaq

Sumqayıt Kimya Sənaye Parkına əlavə 400 mln. manatdan çox investisiya yatırılacaq

Regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib.

İnsider.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.

Nazir əlavə edib ki, növbəti mərhələdə 400 mln. manatdan çox investisiyanın qoyulması və 900-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.

APA