Sumqayıt şəhər elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə həyata keçirilən əsaslı təmir işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılıb.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar bu gün saat 10-dan şəhərin 1-ci və 5-ci mikrorayonlarında, eləcə də bir sıra məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. Məhdudiyyətin saat 12-yə qədər davam edəcəyi qeyd edilib.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.
Oxu.Az