suni-intellekt-vasitesile-saytlarin-personallasdirilmasi-servisi-olan-intellimize-8-milyon-dollar-ce

Süni intellekt vasitəsilə saytların personallaşdırılması servisi olan “Intellimize” 8 milyon dollar cəlb edib

“Intellimize” startapı “А” investisiya raundu çərçivəsində “Amplify Partners”, “Homebrew”, “Precursor Ventures” və bir neçə biznes-mələkdən 8 milyon dollar cəlb edib.

İnsider.az bu barədə “VentureBeat”-ə istinadla bildirir.

Cəlb edilmiş vəsaitin ümumi məbləği 10 milyon dollara qədər artıb.

Kaliforniyalı startap “Intellimize” 2016-cı ildə təsis olunub. Servisi daha əvvəl “Twitter”-də qlobal məhsul və vertikal marketinq istiqamətinə başçılıq edən Qay Yalif və əvvəllər “Yahoo”-da işləyən Brayan Uebb və Cin Lim fikirləşiblər.

“Intellimize” hər bir unikal ziyarətçi üçün real vaxt rejimində personallaşdırılmış veb-səhifələrin yaradılması üçün süni intellektdən istifadə edir. Həmçinin servis müxtəlif cihazlarda A/B-testetmə aparmağa imkan yaradır. Bu, səhifəni bir vəya bir neçə hədəfə görə optimallaşdırmağa və istifadəçilərin hərəkətindən asılı olaraq düzəlişlər etməyə imkan verir.

"Ötən il marketoloqlar veb-səhifələrə trafikin cəlb edilməsi üçün mediada irəliləməyə 100 milyard dollar sərf ediblər, lakin bu istifadəçilərin 98%-i müştəri belə olmadan getdilər", - deyə “Intellimize”-in həmtəsisçisi və baş direktoru Qay Yalif bildirib.

Yalif qeyd edib ki, sayt optimallaşdırılmasına olan A/b-testetmə kimi ənənəvi yanaşmalar bu problemi həll etməyə cəhd edirlər, lakin onlar standartlaşdırılıb və araşdırma sürətini olduqca ləngidir. Onun sözlərinə görə, “Intellimize” servisləri bu problemi həll edir.

Yalif bildirib ki, 2017-ci və 2018-ci illərdə startap 177 müxtəlif ideya və veb-səhifələrin 78 milyonunu test etməyə kömək edib. Şirkətin müştərilərində — “Drift”, “Stella&Dot”, “SoFi”, “Huckberry”, “Talkdesk” və başqalarında — konversiya ortalama 46% artıb, kompaniyaların 88%-i isə müsbət nəticələr göstərib.

Samirə Məmmədova