suni-teneffus-aparatina-qosulmus-zabitimizin-yardimimiza-ehtiyaci-var-foto

Süni tənəffüs aparatına qoşulmuş zabitimizin yardımımıza ehtiyacı var - FOTO

“Klinikaya olan borcumuz gün keçdikcə artır...”

Azərbaycan Silahı qüvvələrinin zabiti, 1982-ci il təvəllüdlü Rəşad Səbzulla oğlu Mahmudovun köməyimizə ehtiyacı var.

Vətənpərvərliyi, doğma elinə məhəbbəti ilə seçilən yeniyetmə, valideynlərindən ona C.Naxçivanski adına hərbi məktəbə daxil olmasına icazə vermələri üçün yola gətirir. Hərbi təhsilini Ali hərbi akademiyada başa vurduqdan sonra Rəşad Mahmudov ön cəbhəyə göndərilir.  

Xidmətinin əsas hissəsini şüalanma riskini artıran R.Mahmudov radiolokasiya qoşunlarında keçirib. O, 2016-cı ilim aprel döyüşlərində iştirak edib, 44 günlü Vətən müharibəsində Hərbi aeroportda çalışıb.

Meydana gələn simptomlara görə müraciət etdiyi Hərbi Hospitalda ona beynin mininqioması (xoşxassəli şiş) diaqnozunu qoyublar. Amma hospitalda əməliyyat üçün lazımi avadanlığın olmadığını bildiriblər.

Vəziyyətinin anidən pisləşməsi səbəbindən ailəsi Rəşad Mahmudovu “Baku Medical Plaza” (Babək Prospekti) özəl xəstəxanaya köçürmək məcburiyyətində qalıb. Dekabr ayını 15-də neyrocərrah Tural Rəhimli şişin alınması üzrə əməliyyat keçirib.

R.Mahmudovun həyat yoldaşı Yuliya xanımın sözlərinə görə, əməliyyatdan bir müddət sonra Rəşadın vəziyyəti pisləşib.

“Onda  Klebsiella infeksiyası nəticəsində aspirasion pnevmoniya aşkar edildi, nəticədə həkim onu reanimasiyada saxlamaq qərarına gəldi. Artıq bir aydan çoxdur ki, Rəşad ağır vəziyyətdə süni tənəffüs aparatına qoşulub. Son günlərdə isə vəziyyəti daha da pisləşib...”

Öncədən Rəşad Mahmudovun hərbçi olduğu üçün həkim, qonorardan imtina edərək, yalnız 4000 manat həcmində olan xəstəxana xərclərini ödənilməsi şərti ilə əməliyyata razılaşmışdı. Amma xəstənin vəziyyəti pisləşdiyi üçün ödəniləcək məbləğ atır.

R.Mahmudovun həyat yoldaşının sözlərinə görə, hazırda klinikada son həftədə edilən müalicə üçün ödəniləcək borcun məbləği 11.753 manatdır. Buna qədər isə klinikaya artıq 25.000 manat ödənilib. Bundan başqa ailə əlavə olaraq müalicə üçün bahalı medikamentlər də almalı olub. Müalicə üçün pul bankdan kredit götürülüb.

“Hazırda Rəşadın vəziyyət çox kirtik olduğu üçün digər klinikalar onu qəbul etmir. “Baku Medical Plaza” klinikasının təqdim etdiyi və gün keçdikcə artan hesabı üzrə ödəmək iqtidarında deyilik...” Yuliya xanım bildirib.

Qeyd edək ki, R.Mahmudovun iki azyaşlı övladı var.

Rəşad Mahmudovun köməyimizə ehtiyacı var, əlaqə nömrələri və bank məlumatlarını yardım etmək istəyənlərin nəzərinə çatdırırıq.

Əlaqə nömrələri: 050 305 69 59 (həyat yoldaşı - Yuliya Mahmudova), 050 345 89 76 (qardaşı- Ramin Mahmudov).

Köçürmə üçün bank məlumatları

Express Bank, ID: 904870, PIN: 1BPS5YC

Allah hər kəsin yar və yardımçısı olsun!