super-cehrayi-ay-in-mohtesem-goruntuleri-foto

“Super Çəhrayı Ay”ın möhtəşəm görüntüləri - FOTO

Ötən gecə nadir təbiət hadisəsi baş verib. Dünyanın bir çox ölkələrinin sakinləri səmada unikal - çəhrayı rəngli bədirlənmiş Ayın şahidi olublar.

“Daily Mail”in verdiyi məlumata görə, Yerin təbii peyki planetimizin maksimum yaxınlığından keçib. Bu səbəbdən, onun diskinin ölçüləri adi görünüşdən dəfələrlə böyük olub.

Növbəti dəfə belə bir nadir hadisəni ancaq 14 ildən sonra müşahidə etmək mümkün olacaq.