Politoloq Suren Sarqsyan ABŞ Konqresinin bəyanatını, tarixin ən anti-erməni bəyanatı adlandırıb.
İnsider.az xəbər verir ki, o bu barədə öz FB səhifəsində yazıb.
O, əsasən qeyd edib ki, “Konqresin Nümayəndələr Palatasının 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsini rüsvayçı formalaşdırma adlandırıb.
“... Dövlət katibi müdafiə katibi ilə birgə müvafiq komitələrə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda məcburi yaşayış yerlərindən köçmüş şəxslərin vəziyyətinə dair məruzə təqdim edirlər. Məruzədə aşağıdakı qiymətləndirmə olmalıdır”
(1) 1991-ci ildən etibarən xarici qüvvələr vasitəsilə qanunsuz işğal olmuş torpaqlardan məcburi köçürülmüş Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan vətəndaşların sayı
(2) 1991-ci ildən etibarən xarici qüvvələrin işğal etdiyi torpaqlarda qətlə yetirilmiş Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan vətəndaşlarının sayı.
İndiyə qədər belə anti-erməni bəyanat olmayıb. Bu bəyanat həmçinin Senat tərəfindən də qəbul edilsə, digər sənədlərə də, o cümlədən beynəlxalq sənədlərə də əlavə edilmə perspektivinə təsir edərək ciddi baş ağrısına çevriləcək. Azərbaycan lobbisi buna küllü miqdarda pul xərcləyib”, - deyə Sarqsyan bildirib.