suruculerin-nezerine-bakinin-merkezindeki-daire-baglanir

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzindəki dairə bağlanır

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib.

O bildirib ki, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır:

“Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”.