Avstriyanın “Swarovski” zərgərlik şirkəti Rusiya bazarını tərk edib.
Bu barədə məlumatı şirkətin baş direktoru Aleksis Nazard Avstriya qəzetinə verdiyi açıqlamada söyləyib.
“Bu ildən başlanılan proses yekunlaşdı, “Swarovski” tamamilə Rusiya bazarını tərk etdi”, - deyə şirkətin baş direktoru vurğulayıb.
Qeyd edək ki, artıq 2022-ci ilin mart ayından başlayaraq zərgərlik şirkəti Rusiyada satışı, o cümlədən onlayn ticarəti dayandırıb.
Məlumat üçün əlavə edək ki, Avstriyanın “Swarovski” zərgərlik şirkəti 1985-ci ildə yaradılıb.