Qırğız Respublikası ilə Tacikistan sərhəddində aprelin 29-da baş vermiş toqquşmalar nəticəsində hər iki tərəfdən ölənlərin ümumi sayı 20-yə çatıb.
Qırğızıstan tərəfdən 13, Tacikistan tərəfdən isə 7 nəfər ölüb.
Hər iki tərəfdən 150 nəfərdən çox yaralı var.
Aprelin 29-da iki ölkənin sərhəd rayonların mülki vətəndaşları arasında başlamış insident sonradan qırğız və tacik hərbçiləri arasında silahlı toqquşmaya çevrilib. Toqquşmalar 6 saatdan çox davam edib.
Dünən axşam saatlarında hər iki ölkə atəşkəs elan etmək və silahlı qüvvələrini geri çəkmək barədə razılığa gəlib.