taliban-facebook-u-bloklamaga-hazirlasir

“Taliban” “Facebook”u bloklamağa hazırlaşır

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” ölkə ərazisində “Facebook”u qadağan etməyə hazırlaşır.

Artıq bununla əlaqədar “Taliban” hakimiyyətində Rabitə Nazirliyinin rəhbəri vəzifəsində çalışan Nəcibullah Haqqaninin rəhbərlik etdiyi komitə Əfqanıstanda bu sosial şəbəkənin bloklanması planını hazırlayıb.

Nəcibullah Haqqani qadağını onunla əsaslandırıb ki, əfqan gənclərinin əksəriyyəti təhsilsizdir və şəxsi inkişafı ilə məşğul olmaq əvəzinə vaxtının çoxunu sosial şəbəkələrdə keçirirlər.

Məlumat üçün əlavə edək ki, “Taliban” hakimiyyətə gəldikdən sonra Əfqanıstanda “TikTok” sosial şəbəkəsi bloklanıb. 

Oxu.Az