Avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan "Ştutqart"ın "BRAVO” hipermarketlərdə mağazaları açılacaq.
İnsider.az xəbər verir ki, bu barədə "Ştutqart" Mağazalar Şəbəkəsinin kredit şöbəsinin rəhbəri Vüsal Şirməmmədov bildirib.
"Ştutqart" "BRAVO” hipermarketlər servis xidmətini də həyata keçirəcək: "Ümid edirik ki, “BRAVO” ilə əməkdaşlıq bizə daha da geniş müştəri təbəqəsilə təmas yaratmağa imkan verəcək. İnsanlar alış-veriş edərkən öz avtomobillərini bizim servis mərkəzlərinə etibar etməklə həm vaxtlarına qənaət etmiş olacaq həm də keyfiyyətli xidmətin şahidi olacaqlar. Burada yağ dəyişmə, balans və başqa xidmətlər göstəriləcək".
Vüsal Şirməmmədov bildirib ki, “BRAVO” hipermarketlərdə ilk mağaza mart ayının 15-də fəaliyyətə başlayacaq: "İlk olaraq“BRAVO”-nun Koroğlu və 20 Yanvar filiallarında həm mağaza həm də servis xidmətləti açılacaq. Daha sonra isə tez bir zamanda “BRAVO”-nun digər filiallarında da "Ştutqart"mağazaları fəaliyyət göstərəcək".
Qeyd edək ki, "Ştutqart" Mağazalar Şəbəkəsi artıq 16 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. 2004-cü ildə əsası qoyulan "Ştutqart" müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur.
Marja