taninmis-sexslerin-muelliflik-huquqlarinin-pozulmasi-ile-bagli-dovlet-agentliyine-muraciet-edilib-si

Tanınmış şəxslərin müəlliflik hüquqlarının pozulması ilə bağlı Dövlət Agentliyinə müraciət edilib – SİYAHI

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun vərəsələri "Kor ərəbin" mahnısına, bəstəkarı Tofiq Quliyevin vərəsəsi "Sənə də qalmaz" əsərinə, kinorejissor, kinodramaturq Nazim Rza "Ermənilər: riyakarlığın anatomiyası", "Mücadilə", "1915-ci il. Erməni saxtakarlığının başlanğıcı" və "Timsahın göz yaşları" adlı filmlərinə olan hüquqlarının pozulması ilə bağlı Əqli Mülkiyyət Agentliyinə müraciət ediblər.

İnsider.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentlik tərəfindən görülən tədbirlər nəticəsində yuxarıda adları çəkilən hüquq sahiblərinin pozulmuş hüquqları bərpa edilib.

2020-ci il ərzində Agentliyin nümayəndələri əqli mülkiyyət obyektlərinə hüquqların təminatı ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 53 iş üzrə 130-dan çox məhkəmə iclasında iştirak edib. Agentlik tərəfindən hər bir iş üzrə ekspert rəyi hazırlanıb və məhkəməyə təqdim olunub.