Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası çərçivəsində quruda aparılan işlərin 95%-dən çoxu başa çatdırılıb. İnsider.az xəbər verir ki, bu barədə TAP konsorsiumunun yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, aparılan işlər Yunanıstan, Albaniya və İtaliya marşrutu üzrə 765 kilometri əhatə edib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.
Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.