tarif-surasindan-istilik-xidmetinin-qiymetile-bagli-aciqlama

Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı açıqlama

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə “Azəriqaz” İstehsalat Birliyi arasında yaşanan borc qalmaqalı istilik tariflərinə yenidən baxılmasını gündəmə gətirib.

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, qaz, su, elektrik tarifləri bahalaşsa da, istilik tarifləri dəyişməz olaraq qalıb:

“Ümumilikdə “Azəristliktəchizat” ASC istilik tariflərinə baxılması üçün Tarif Şurasına müraciət etmir. Biz dövri olaraq Tarif Şurasına hesabatları təqdim edirik, tariflərlə bağlı qərarı onlar özləri verirlər”.

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, hazırda istilik tariflərinə baxılması müzakirə edilmir:

“Azəristiliktəchizat ASC tərəfindən tariflərlə bağlı müraciət daxil olmayıb”.

Qeyd edək ki, hazırda əhali qrupu üçün istilik tarifləri 1 kvadratmetr yaşayış sahəsi 0,15 manat (aylıq), qeyri-əhali üçün 1 kubmetr isidilən həcm 0,25  manatdır (aylıq).


 
© Modern