Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb.
Bu barədə İnsider.az APA-ya istinadən xəbər verir. AMEA-dan veriıən məlumatda qeyd olunub ki , muzey I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.