480 milyona yaxın istifadəçi, çoxusu da qadınlardır…
Amerikan transmilli maliyyə texnologiyaları və onlayn pul köçürmə sistemi PayPal sosial media sektoruna daxil olur.
Şirkət şəkil paylaşılması və sosial media xidməti olan Pinterest-i satın almaq üçün rekord qiymət təklif edib.
Bir səhmin qiymətini 70 dollardan müəyyənləşdirən PayPal-ın Pinterest-ə ümumi təklifinin həcmi 45 milyard dollardır. Bu isə, rəsmiləşəcəyi təqdirdə sosial media sektorunda ən iri sövdələşmə olacaq. Bundan öncəki rekord 2016-cı ildə Linkedin-i 26,2 milyard dollara alan Microsoft-a məxsusdur.
2009-cu ildə qurulan Pinterest-in aylıq aktiv istifadəçi sayı 480 milyona yaxındır. Bunların təxminən 60%-ni qadınlar təşkil edir. 2019-cu ildə çıxdığı IPO-da (səhmələrin ilkin kütləvi yerləşdirilməsi) şirkət 12 milyard dollardan artıq qiymətləndirilib.
Daxili mənbələrin məlumatına görə, son 1 ildə səhmləri 36% bahalaşaraq, bazar dəyəri 320 milyard dollara çatan PayPal Pinterest-lə bağlı alqı-satqını maksimum qısa müddət ərzində - noyabrın ortasına kimi başa çatdırmaq niyyətindədir. Hələlik tərəflərdən heç biri məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Marja