Amsterdam Birjasının əsas indeksi, 37 illik mövcudluğu ərzində ilk dəfə Çərşənbə günü 800 bəndi keçib.
Bu barədə Hollandiya Yayım Korporasiyası (NTK) məlumat yayıb.
Telekanalın məlumatına görə, birja simvolik səviyyəni yerli vaxtla təxminən 10:30 (Bakı vaxtı ilə 13:30) keçib. On dəqiqə sonra indeks yenidən 800 bənddən aşağı düşüb.
Koronavirus pandemiyasının başlamasından qısa bir müddət sonra, keçən ilin mart ayında bu rəqəm 431 bəndə enmişdi.
NTK, "Amsterdam Birjası İndeksi bu il digər Avropa birjalarının indekslərindən daha sürətli böyüyür", bildirib.
Bu, iri texnologiya şirkətlərinin indeksdə böyük çəkiyə malik olması ilə əlaqədardır. Məsələn, qabaqcıl çip istehsalçısı olan ASML təxminən 80% dəyər qazanıb, elektron ödəniş avadanlıqları istehsal edən Adyen şirkəti isə 45% bahalaşıb.
Marja