taxil-muqavilesinin-yenilenmesinde-muhum-tarix

Taxıl müqaviləsinin yenilənməsində mühüm tarix

Rusiya noyabrın 18-dək taxıl müqaviləsinin uzadılıb-uzadılmaması barədə qərar verəcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, noyabrın 18-dək taxıl sazişinin uzadılıb-uzadılmamasına qərar verəcəklərini bildirib.

Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında aktual mövzularla bağlı açıqlamalar verib.

Ukraynadan taxıl ixracı ilə bağlı bağlanan müqaviləyə toxunan Zaxarova bu müqavilənin Rusiya taxılının və gübrələrin daşınması ilə bağlı hissəsinin yerinə yetirilmədiyinə diqqət çəkib: "Bu məsələ ilə bağlı nəticəni görə bilmirik. Bu, reallıqdır. Bu vəziyyət bizə uyğun deyil. Biz bunu bütün səviyyələrdə ifadə etmişik. Razılaşma paket şəklində edilib və bütün hissələrin həyata keçirilməsi lazımdır".

Burada söhbət Rusiya ərzaq və gübrələrdən gedir ki, biz onları razılığa əsasən ehtiyacı olan ölkələrə tədarük etməkdən məmnun olarıq. Müəyyən banklardakı hesablar bağlanıb və ona görə də bizə ödəniş mümkün deyil. Bu, Qərbin sanksiyaları səbəbindən baş verib. Ödəniş mümkün olsaydı, məhsullar ixrac edilərdi".

Taxıl müqaviləsi müddətinin noyabrda bitəcəyinə işarə edən Zaharova, "18 Noyabr tarixinə qədər, mövcud olan məlumatlara əsasən bu mövzuda qərar verəcəyik", deyib.

Marja