Tayland höküməti ölkəyə gələn bütün turistlər üçün icbari tibbi sığorta tətbiq edə bilər. İnsider.az bunu “Bankgkok Post”-a istinadla xəbər verir. Ölkənin sığorta komissiyalarının idarəsi hazırda turistin ölümü və ya yaralanması halına 20 baht (təxminən 0,7 ABŞ dolları) məbləğində icbari sığortanın tətbiqini müzakirə edir.
Bu tədbir ancaq Taylanda gəlməmişdən sığortalanmamış şəxslərə şamil olunacaq. Yuxarıda qeyd edilən məbləği ölkəyə giriş edənlər pasport kontrolunda ödəyəcəklər. Belə sığorta polisinin ödəmə məbləği təxminən 32 min dollar (ölüm olduqda) və 16 min dollar (yaralanma və ya travma olduqda) təşkil edəcək.
Hazırda qurum müvafiq qanun layihəsini gözdən keçirir, daha sonra qanun layihəsinə İdman və turizm nazirliyi tərəfindən baxılacaq, ən axırda o, Nazirlər Kabinetinin müzakirəsinə keçəcək. Yeni normanın cari ilin sonunda qüvvəyə minməsi gözlənilir.
Samirə Məmmədova