Tayvan turizmi canlandırmaq üçün ölkəyə gələn xarici turistlərə pul verəcək.
Ölkənin Turizm Nəqliyyat və Kommunikasiya Nazirliyi hər turistə 5 min NTD (təxminən 278 AZN) verməyə hazırlaşır.
Məqsəd xarici turistləri Tayvana səyahətə təşviq etmək, turist qruplarının gəlişini sürətləndirmək və hotel tutumunu müvafiq olaraq hədəflənən rəqəmlərə çatdırmaqdır.