tebib-aciq-havada-maska-taxilmasi-legv-oluna-biler

TƏBİB: Açıq havada maska taxılması ləğv oluna bilər

“Bilirik ki, insanları ən çox narahat edən açıq havada maska taxılmasıdır. İnsanlar fiziki məsafəni saxladıqları halda açıq havada maskaların ləğv olunması elan oluna bilər”.

Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-nin "Günə bərabər başlayaq" proqramında deyib.

O bildirib ki, yaxın vaxtlarda maskalarla bağlı bəlli qərarlar elan olunacaq.