Koronavirusla mübarizədə dövlətə və həkimlərə dəstək olmaq və yeni biliklər qazanmaq üçün könüllülər axtarılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"a verilən məlumata görə, könüllü xidmət üçün yalnız III, IV , V və VI kurs tələbələri və rezidentlər müraciət edə bilərlər.
Könüllü xidmət üçün bu linkə daxil olaraq qeydiyyatdan keçmək olar.
Qeyd olunub ki, könüllü işlər həm ofis, həm də xəstəxanada həyata keçirilə bilər.