“Azərbaycanda təhsil haqları yarıbayarı azaldılmalıdır”.
İnsider.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Erkin Qədirli təklif səsləndirib.
O bildirib ki, 2020-ci ilin dövlət büdcəsində təhsil xərcləri azaldılırsa, vətəndaşların da təhsil xərclərinin azaldılması zəruridir.
2020-ci il dövlət büdcəsində təhsillə bağlı xərclərin həcmində dəyişiklik edilməsi nəzərdə tutulur.
Bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində yazılıb.
Bu ilin dövlət büdcəsində təhsil xərclərinin həcmi isə 3 milyard 155 milyon 797 min 681 manat məbləğində müəyyənləşib.
Dəyişiklik layihəsində bildirilir ki, təhsil xərcləri isə 3 milyard 34 milyon 767 min 819 manat həcmində təsdiqlənsin.