tehsil-naziri-muharibede-zerer-ceken-mektebin-son-zeng-tedbirinde-istirak-edir

Təhsil naziri müharibədə zərər çəkən məktəbin "Son zəng" tədbirində iştirak edir

Təhsil naziri Goranboy rayonu, Tapqaraqoyunlu kənd tam orta məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edir.

21 şagirdin məzun olduğu məktəb Vətən müharibəsinə qədər cəbhə xəttində yerləşdiyi üçün mütamadi olaraq ermənilərin atəşinə məruz qalıb. Vətən müharibəsi zamanı döyüş meydanında uduzduğunu anlayan ermənilər mülki obyektlərə, yaşayış evlərinə və dinc əhaliyə qarşı terror aktları həyata keçirib. Bu zaman Tapqaraqoyunlu kənd tam orta məktəbinə də erməni terrorçularının ağır artilleriyadan açdığı atəşlərlə zərər dəyib.

Goranboy rayon Tapqaraqoyunlu kəndinə səfər edən təhsil naziri Emin Əmrullayev "Son zəng" tədbirindən sonra məktəbin Vətən müharibəsi zamanı zərər görən siniflərinə də baxış keçirəcək.

Report