tehsil-nazirinden-emr-yeni-sura-yaradildi

Təhsil nazirindən ƏMR - Yeni şura yaradıldı

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb.

İnsider.az xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. 

Əmrə əsasən, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılması təşkil edilir.

Şuranın sədri Təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır. 

Şuranın üzvləri Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Elnur Məmmədov, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Murad Camalzadə,  Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovdur.

İnsan resursları şöbəsi (E.Bağırov) və Hüquq şöbəsi (A.Cəfərov) 30 gün müddətində  Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsini hazırlayıb təsdiq edilməsi üçün təqdim etməlidirlər.