Basketbol Federasiyasında 22 ildən sonra prezident dəyişib, Emin Əmrullayev rəhbər seçilib.
Azərbaycan Basketbol Federasiyasının (ABF) seçki konfransı keçirilib.
Məlumata görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.
Sonra ABF-in prezidenti Nadir Nəsibov çıxış edərək federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Ardınca federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev quruma yeni prezidenti seçilib. O, növbəti 4 ildə ABF-ə rəhbərlik edəcək.
Konfransda həmçinin, Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev federasiyanın Rəyasət Heyətinə üzv seçiliblər.
XXX
Azərbaycan Basketbol Federasiyasında növbədən kənar hesabat-seçki konfransı keçirilib.
Məlumata görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Seçkidə Nadir Nəsibov uzun müddətdir tutduğu vəzifədən istefa verib. Onu təhsil naziri Emin Əmrullayev əvəzləyib.
Qeyd edək ki, Nadir Nəsibov 1999-cu ildən bu vəzifədə olub.
APA