tehsil-nazirinin-muavininden-imtahanlarla-bagli-aciqlama

Təhsil nazirinin müavinindən imtahanlarla bağlı açıqlama

“Bu il buraxılış imtahanları verəcək şagirdlər imtahanın məzmununa görə narahat ola bilərlər. Amma buna əsas yoxdur, çünki əvvəlki illərdə də buraxılış imtahanlarının məzmunu hazırlanarkən son aylar üzrə mövzularla bağlı suallar daxil edilmirdi”.

İnsider.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, şagirdlər imtahan suallarının məzmununun dəyişdirilməsinə görə narahat olmamalıdırlar:

“Düşünməsinlər ki, məzmun gözlənilməz olacaq və hazırlıqsız yaxalanacaqlar. İstənilən halda buraxılış sinif şagirdləri müvafiq təhsil sənədini almalı, abituriyentlər isə ali məktəbə daxil olmalıdırlar. Bütün bunlar vəziyyətdən asılı olaraq, veriləcək qərarla bağlı məsələlərdir”.

Oxu.Az