tehsil-nazirliyi-mekteblerde-sagird-sixliginin-sebebini-aciqlayib

Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəbini açıqlayıb

Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəblərini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə, hazırda bir çox məktəblərdə şagird sayı normativə uyğundur. 

Qeyd olunub ki, lakin bəzi məktəblərdə sinif otaqlarının çatışmazlığı səbəbindən uşaqların sıxlığının müvafiq normadan artıq olduğu müşahidə edilir: "Sıxlığın aradan qaldırılması istiqamətində ümumi təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir, məktəb tikintisi sahəsində əhəmiyyətli işlər görülür. Bu günədək həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Bununla yanaşı, son 15 ildə ölkədə 3200-dən artıq yeni məktəb, əlavə tədris korpusları və sinif otaqları tikilib və əsaslı təmir olunub. Hazırda məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər davam etdirilir. Məktəb şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər gələcəkdə şagird sıxlığının aradan qaldırılmasına gətirib çıxaracaq".

Report