Sabahdan ali və orta ixtisas müəssisələrində praktiki məşğələ tələb edən ixtisaslar ənənəvi formada bərpa olunacaq.
Bu barədə Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, fevralın 16-dan ali və orta ixtisas, eləcə də peşə təhisil müəsaisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə və fiziki iştirak tələb edən fənlər və ixtisasların əvvəlcədən müəyyən olunmuş cədvəl üzrə tədrisi (yaradıcılıq, tibb və mühəndislik) ənənəvi formada bərpa olunacaq.