tehsil-nazirliyinden-son-zeng-le-bagli-aciqlama

Təhsil Nazirliyindən “Son zəng”lə bağlı AÇIQLAMA

2021-2022-ci tədris ilinin başa çatması ilə bağlı orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri ənənəvi qaydada keçiriləcək.

Bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

Rəsmi məlumata görə, epidemioloji vəziyyət icazə verdiyi təqdirdə “Son zəng” tədbirləri ənənəvi şəkildə təşkil olunacaq.

Xatırladaq ki, koronavirus epidemiyası səbəbindən son iki il ərzində “Son zəng” tədbirləri məhdudiyyətlərlə qeyd edilmişdi.