Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.
Təhsil Nazirliyindən İnsider.az-a verilən məlumata görə, sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.
Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb. 1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.
APA