Bu gün İranın Zahedan şəhərində yerləşən “Zahedan Universiteti”nin tələbələri hökumət əleyhinə etiraz aksiyası keçiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildiirlib ki, tələbələr İran rejiminə qarşı şüarlar səsləndiriblər:
“Zahedandan Tehrana qədər canımız İrana fəda olsun”.
Tehranda da İncəsənət Universitetinin azadlıqsevər öyrənciləri hökumətə etiraz məqsədilə marş oxuyub, rəqs ediblər.
Oxu.Az