telebeler-cebrayil-ve-zengilanda-aparilan-tikinti-quruculuq-isleri-tanis-olublar

Tələbələr Cəbrayıl və Zəngilanda aparılan tikinti-quruculuq işləri tanış olublar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.  

Bu səfər Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanmış memorandum nəzərdə tutulan fəaliyyətlər çərçivəsində təşkil olunub.

Səfərin əsas məqsədi universitetin Memarlıq və İnşaat fakültələrində təhsil alan tələbələri  işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış etmək və onları gələcək iş həyatına hazırlamaqdır. Eyni zamanda, tələbələrin bilik və bacarıqlarının artırılmasına, eləcə də peşəkar mühəndislərin hazırlanmasına töhfə vermək və tikinti prosesini əyani göstərməkdir.

Belə ki, tələbələrin ilk getdiyi ünvan Cəbrayıl rayonunun Horovlu kəndi olub. Burada onlar tamamilə yenidən qurulan kəndin layihəsi ilə tanış olublar. Həmçinin, onlara kəhrizlərin bərpası prosesi haqqında ətraflı məlumat verilib.

Daha sonra, “Böyük Qayıdışın” ilk ünvanı olan Ağalı kəndinə gedən tələbələr, “Ağıllı” kənddə yaradılmış şəraitlə tanış olublar. Onlar həmçinin yenicə istifadəyə verilən Zəngilan Konqres Mərkəzi Kompleksinə də baş çəkiblər və onun memarlıq həlləri ilə tanış olublar.