Bu il universitetlərdə dövlət sifarişi üzrə plan yerlərinin sayı kəskin artırılıb.
Bu barədə təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib ki, daha çox hüquqşünaslıq, beynalxalq münasibətlər, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s., tibb sahəsi üzrə isə müalicə işi və əczaçılıq ixtisaslarına üstünlük verilir:
"2019-cu ildə ali təhsil müəssisələrinə qəbul planı 2018-ci illə müqayisədə 2807 yer və ya 6.22% artım var. Həmçinin dövlət sifarişi üzrə plan yerlərinin sayı kəskin artırılıb. 47 966 plan yerindən 20 189 yer dövlət sifarişli idi. Bu da ötən illə müqayisədə 7985 yer və ya 65,43 faiz artım deməkdir".
Tələbələrin hər zaman üstünlük verdiyi ixtisasların müxtəlif universitetlərdəki təhsil haqları isə belədir:
Bakı Dövlət Universiteti:
- hüquqşunaslıq ixtisası - 4500 manat;
- beynəlxalq münasibətlər ixtisası - 2900 manat;
- iqtisadiyyat, menecment, davamlı inkişafın idarə edilməsi - 2500 manat;
- dövlət və ictimai münasibətlər ixtisası - 2800 manat.
Bakı Ali Neft Məktəbi:
- informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyi - 4500 manat
Azərbaycan Turizm və Menecment Universiteti:
- turizm və hotelçilik ixtisası - 3000 manat;
- tərcümə ixtisası - 2600 manat;
- maliyyə, biznesin idarə edilməsi ixtisası - 2400 manat.
Bakı Mühəndislik Universiteti:
- maliyyə, mühasibat uçotu və audit ixtisasları - 2900 manat;
- iqtisadiyyat, biznesin idarə edilməsi ixtisasları - 2800 manat;
- memarlıq ixtisası - 2700 manat.
Xəzər Universiteti:
- kompüter elmləri, kompüter mühəndisliyi, mühasibat uçotu və audit, maliyyə, turizm və hotelçilik ixtisasları 5000 manat;
- mühəndislik, regionşünaslıq, beynəlxalq münasibətlər, biznesin idarə edilməsi ixtisasları - 4500 manat;
- pedaqoji, tərcümə, dizayn ixtisasları - 4000 manat.
Azərbaycan Universiteti:
- tərcümə ixtisası - 3000 manat;
- filologiya, tarix, sosial iş, regionşünaslıq, turizm və hotelçilik, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, menecment, marketinq, biznesin idarə edilməsi, kompüter mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, eləcə də kommersiya ixtisasları - 2000-2500 manat.
© Oxu.az