telebeler-koronavirusa-yoluxdu-universitetde-dersler-mesafeden-tedrise-kecdi-resmi

Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi - RƏSMİ

Azərbaycan Texniki Universitetində ötən həftəsonu üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb. 

Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.

AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, üç tələbənin COVID-19 testi pozitiv çıxıb:

“Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada davam edəcək. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır”.

Oxu.Az