2017-ci ildə müflis elan edilmiş “Çerkiz” bazarının eks-sahibi Telman İsmayılovun əmlakı hərraca çıxarılacaq.
İnsider.az bu barədə “Kommersant”-a istinadla xəbər verir. Məlumatı “VTB” bankın mətbuat xidməti də təqdiqləyib.
Mülkün realizasiyasından əldə edilən pullar “Forbes” reytinqlərinin keçmiş iştirakçısı, axtarışda olan biznesmenin borclarının bağlanmasına gedəcək. İsmayılov ən çox üç struktura borclanıb: “BM” banka (“VTB”-nin mülkiyyətinə keçmiş Moskva bankı), Kiprin “Sezaria Limited” Kipr şirkəti və “Deutsche Bank”. Bu üç kreditor qarşısında yığılmış borcun məbləği 30 milyard rublu keçir.
İsmayılov Moskvadaka bir neçə mənzilə, Podmoskovyedə evlərə və Skolkovoda iri torpaq zəmisinə sahibdir. Belə ki, “Çerkiz" bazarının keçmiş sahibinə Kutuzov prospektində 18 saylı evdəki iki mənzil (biri altı otaqlı (158 kv.m) və digəri beş otaqlı (132 kv.m)) məxsusdur. Bu evdə Sovet dövründə SSRİ nomenklaturası yaşayıb və bəzi elanlara görə, beş otaqlı mənzilin dəyəri 90 milyon rubla qədər gedib çatır.
Podmoskovyenin Aprlevkasında İsmayılovun iki evi qalıb – 1,1 min kv.m sahəsi olan üç mərtəbəli və 500 kv. m sahəli iki mərtəbəli ev. Evlərin yerləşdiyi hər sahənin ölçüsü 3 min kv.m-dən çoxdur və şəxsi qaz xətlərilə təchiz olunur.
Odintsov rayonunun Zareçye qəsəbəsində də İsmayılovun 350 kv. m sahəsi olan iki otaqlı mənzili var.
Qeyd edək ki, 2009-cu ildə “AST” şirkətlər qrupuna nəzarət edən İsmayılova hüquq mühafizə orqanları onun əsas aktivinin, yəni “Çerkiz” bazarının işinə dair iddialar irəli sürmüşdü. Bazar orada aşkar edilmiş pozuntulardan sonra bağlanmışdı. 2016-cı ildə “BM” bankın tələbnaməsi üzrə biznesmenin müflis olduğu təsdiqləndi. 2017-ci ilin dekabrında isə İstintaq komitəsi İsmayılovun İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi üçün Baş prokurorluğa materialları təhvil verdi. İstintaq komitəsi Telman İsmayılovu iki sahibkarın ölümünü təşkil etməkdə ittiham edir. İstintaqın versiyasına görə, sui-qəsd planını İsmayılov digər iki qardaşı – Rafiq və Vaqiflə birgə hazırlayıb.
2018-ci il oktyabrın 15-i isə biznesmen əlavə müğənni Avraam Russonun oğurlanmasının təşkil edilməsində ittiham olundu. Müğənninin dediyinə görə, ondan bütün konsertləri ləğv etməyi və İsmayılovla konsert fəaliyyətinə dair müqavilələr bağlamağı tələb edirdilər.
Samirə Məmmədova