terbiyeci-muellimlerin-ise-qebulu-musabiqesinin-tarixi-deyisdirilib

Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin tarixi dəyişdirilib

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin tarixi dəyişdirilib.

Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, test imtahanı mərhələsi noyabrın 4-dən 16-na keçirilib.