tesla-2020-ci-ilde-robotaksi-xidmetini-ise-salmagi-planlasdirir

“Tesla” 2020-ci ildə robotaksi xidmətini işə salmağı planlaşdırır

“Tesla” şirkəti 2020-ci ildə ABŞ-da pilotsuz taksi xidmətini işə salmağı planlaşdırır.

İnsider.az “CNN”-ə istinadla xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask aprelin 22-si investorlar üçün olan tədbirdə bildirib.

Maskın sözlərinə görə, bu məqsədlə şirkət ayrıca avtopark yaradacaq və yaxın il yarım ərzində parkın tərkibi 1 milyon avtomobil tutacaq.

“Biz gələn il sürücüsüz ilk robotaksi işə salınmasını gözləyirik. Əminəm ki, haradasa müvafiq icazəni əldə edə bilərik”, - biznesmen vurğulayıb.

Şirkətin hesablamalarına görə, avtomobil sahibləri ildə 30 min dollara kimi qazana bilərlər. Avtomobilin xidmət müddəti isə təqribən 11 il çəkə bilər. “Tesla”-nın komissiyası 25-30% təşkil edəcək. “Tesla” sahibləri öz avtomobillərini onların istifadə edilmədiyi zaman icarəyə verə biləcəklər. Avtomobillər pilotsuz taksi kimi çalışacaq.

“Robotaxi”-nin müştəriləri xüsusi mobil tətbiq vasitəsilə avtomobil sifariş edə biləcəklər. “Tesla” sahibləri avtomobillə “paylaşacaq” vaxtı sərbəst seçə bilərlər, həmçinin avtomobil istifadə edə biləcək şəxslərin sayını məhdudlaşdıra, məsələn, dost və ya ailə üzvü bilərlər. İstənilən sahib öz avtomobilini “Tesla” şəbəkəsinə sala və ordan çıxara biləcək. Çoxlu sayda əlçatan avtomobil olmayan ərazilərdə şirkət avtomobili sərbəst çıxaracaq.

“Robotaxi”-də gediş dəyəri 1 mil üçün 0,18 dollar (0,31 AZN) təşkil edəcək.

Mask qeyd edib ki, onun proqnozları hər zaman təyin olunmuş tarixdə reallaşmır, lakin o, “bunun üzrəində çalışır”. Sonunda isə Mask vurğulayıb ki, tam avtonom idarəetməsi olan avtomobillər “Uber” kimi servislərlə rəqabət aparacaq.

Samirə Məmmədova