tesla-702-milyon-dollarliq-zererle-qarsilasib

“Tesla” 702 milyon dollarlıq zərərlə qarşılaşıb

“Tesla” şirkəti 2019-cu ilin ilk rüblüyündə 702 milyon dollarlıq zərər barədə hesabat verib.

İnsider.az-ın məlumatına əsasən, şirkətin maliyyə direktoru Zakari Kirkhorn qeyd edib ki, bu, “Tesla” tarixində “ən çətin rüblərdən biri idi”.

Əvvəlki iki rüblüyü şirkət gəlirlə başa vurub: 2018-ci ilin dördüncü rübündə şirkət 139 milyon dollar gəlir əldə etmişdi, halbuki ilin yekunlarına görə zərər təqribi 1 milyard dollar təşkil edib.

Öncəki rüblüyün 7,2 milyard dollarına qarşı “Tesla”-nın 2019-cu ilin ilk rübündəki mədaxili 4,5 milyard dollar təşkil edib. 2018-ci ilin sonuna olan 3,7 milyard dollara qarşı isə martın sonuna olan şirkət rezervləri 2,2 milyard dollar edib.

Hesabat dövrü üçün hər səhmə görə zərər analitiklərin gözlədiyi 1,15 dollara (1,96 AZN) qarşı 4,10 dollar (6,97 AZN) edib. “Tesla” 2019-cu ilin üçüncü rübündə mənfəətliliyə geri qayıtmağı planlaşdırır.

“Tesla”-nın üzləşdiyi zərər gözləniləndən də az olan avtomobil təchizatı, ABŞ-da elektrik avtomobillər üçün subsidiyaların azalması və konvert edilən istiqrazlar üzrə 920 milyon dollar ödənişi ilə bağlıdır.

Şirkət 2019-cu ilə olan proqnozu təsdiqləyib: “Tesla” 360-400 min avtomobilin təchizatını planlaşdırır. İlk rübdə şirkət 63 min avtomobil təchiz edib. Bu, ötən rübdəkindən 31% azdır.

Qeyd edək ki, 2019-cu il üzrə  “Tesla”-nın səhmləri 22% düşüb. Bununla belə, rüblük hesabat fonunda şirkətin qiymətli kağızlarının dəyəri, demək olar ki, dəyişməyib – birjanın bağlanmasından sonra cəmi 1,99% azalıb.

Samirə Məmmədova