Elektrokar istehsalçısı olan “Tesla” cari ilin ikinci rübü üzrə hesabatını dərc edib – rekord avtomobil satışına baxmayaraq, şirkətin maliyyə nəticələri analitiklərin proqnozlarından da aşağı olub. İnsider.az bu barədə “The Wall Street Journal”-a istinadla bildirir.
Şirkətin mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 59% artaraq 6,35 milyard dollar təşkil edib – analitiklər isə 6,41 milyard dollar həcmində mənfəət gözləyirdilər.
Xalis itki 408,3 milyon dollar yaxud səhm üzrə 2,31 dollar təşkil edib.
Aprel-iyun ayları üzrə “Tesla” 87 048 avtomobil buraxıb və müştərilərini 95 356 avtomobillə, o cümlədən 77 634 “Model 3” modeli ilə təchiz edib. Təchizat həcmi şirkət üçün rekord olub. 2019-cu ilin cəmi ilk altı ayı ərzində “Tesla” müştəriləri təxminən 158,2 min avtomobillə təchiz edib.
Səhmdarlara məktubunda “Tesla”-nın rəhbəri İlon Mask şirkətin 2019-cu ilə təchizat üzrə əvvəlki proqnozla getdiyini (360 mindən 400 minə qədər) yazıb. İlin sonuna şirkət həftədə 10 min “Model 3” buraxacağını planlaşdırır, hazırda isə buraxılış həcmi həftəyə 7 min təşkil edir.
Samirə Məmmədova