Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı Tesla, Çində yeni qurduğu zavodda istehsal etdiyi avtomobilləri Avropa və Asiya bazarlarında satmağı planlaşdırır.
Məlumdur ki, Tesla, daşıma xərclərini azaltmağı və avtomobilləri daha yaxın mövqelərdə istehsal etməyi hədəfləyir.
Məlumata görə, Avropa kimi bazarlara təhvillər ən gec bu ilin sonunda ya da 2021-ci ilin ilk aylarında başlayacaq.
Ənənəvi avtomobil istehsalçıları da Çin bazarı üçün elektrikli avtomobil istehsalına başlamağa hazırlaşırlar. General Motors bu həftə elektrikli yük maşını istehsalçısı Nikola Corp-dan 2 milyard dollar dəyərində səhm alacağını açıqlayıb.
Tesla Avropada ilk olaraq Berlində də zavod qurmağı planlaşdırır.